C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Milli kino” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi milli kinonun geniş ictimaiyyət arasında təbliği, eləcə də gənc nəslin mədəniyyət sahəsində maarifləndirilməsidir. Bu çərçivədə respublikanın müxtəlif Mədəniyyət evlərində və Heydər Əliyev Mərkəzlərində kino nümayişlərinin keçirilməsi nəzərdə tutulur.
Layihə üzrə ilk nümayiş noyabrın 28-də Maştağa qəsəbəsində yerləşən H. Abbasov adına Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə məktəbli tamaşaçılara Azərbaycan kinosunun tarixinə dair məlumat verilib, milli kino sənətinin 127 illik inkişaf yolu və zəngin ənənələri haqqında ətraflı söz açılıb.
Daha sonra tamaşaçılara rejissor Məzahir Haşımovun “Azərbaycanfilm”k kinostudiyasında istehsal etdiyi, Qarabağ müharibəsini əks etdirən “Sizə məktub var” filmi təqdim olunub.



