“Molla Nəsrəddin: Çətin günlərimin dostu” bədii filminin Türkiyədəki çəkiliş mərhələsindən görüntülər
Film Türk dünyasının ortaq mədəni dəyərlərini bir araya gətirməklə yanaşı, “Molla Nəsrəddin” satira məktəbinin azad söz, maarifçilik və tənqidi düşüncə irsini müasir kino dili ilə tamaşaçıya çatdırmağı hədəfləyir.
Ortaq mədəniyyətin kino dili ilə əks olunduğu “Molla Nəsrəddin: Çətin günlərimin dostu” adlı tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir.
Filmin istehsalı “Nasreddin Production” MMC tərəfindən, TÜRKSOY ölkələrinin Mədəniyyət nazirliklərinin dəstəyi ilə həyata keçirilir. Çəkilişlər Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda aparılır.
Azərbaycandakı çəkilişlər həm də azad olunmuş ərazilərdə gerçəkləşdirilir. Bu, həm tarixi irsin bərpası, həm də mədəni dirçəliş prosesinin ekranlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

