Qaradağ Heydər Əliyev Mərkəzində film nümayiş olunub

WhatsApp Image 2025 12 18 at 14 53 07

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Milli kino” adlı layihəsi davam edir. Məqsədi milli kinonun geniş ictimaiyyət arasında təbliği, gənc nəslin mədəniyyət sahəsində maarifləndirilməsi olan layihə çərçivəsində növbəti tədbir Qaradağ rayonu Heydər Əliyev Mərkəzində keçirilib. Əvvəlcə məktəbli tmaşaçılara Azərbaycan kinosunun tarixinə dair məlumat verilib, milli kino sənətinin 127 illik inkişaf yolu və zəngin ənənələri haqqında ətraflı söz açılıb. Sonra rejissor Ənvər Əblucun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı, Qarabağ müharibəsindən bəhs edən “Ağ atlı oğlan” ekran əsəri nümayiş etdirilib.

Comments are disabled