“Yaddaş sarayları” sənədli filminin premyerası olub


24 oktyabr – 2 noyabr tarixlərində keçirilən Ji.hlava Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindən olan “Yaddaş sarayları” qısametrajlı sənədli filminin premyerası baş tutub.

Sözügedən ekran əsəri dünyanın ən nüfuzlu sənədli film festivallarından birinin “Short Joy” bölməsində mübarizə aparıb.

“Rental Azərbaycan” şirkətinin istehsalı olan filmin prodüseri Emil Nəcəfov, rejissoru Mətləb Muxtarovdur.

Rejissorun doğma Sumqayıt küçələrində “ilk xatirə”sinin axtarışına çıxması ilə başlayan film, getdikcə şəxsi yaddaş qatlarından cəmiyyətin kollektiv travmalarına qədər uzanan bir səyahətə çevrilir.